29 Haziran 2010 Salı

qiz mp 3 pleyerden oldu


olum sebebi15 yaşındakı qız uşağı, MP3 player-dən musiqi dinlərkən həyatını itirdi.
Türkiyədə Balıkesirin Manyas mahalında 15 yaşındakı qız uşağı, "MP3 player' dinlərkən birdən yerə yıxılaraq həyatını itirdi. Alınan məlumata görə, Bursa da yaşayan litsey 2-ci sinif şagirdi Kübra Nur Aydıner (15), yaz tətilini keçirmək üzrə Manyasın Şamlı kəndindəki babasının yanına gəldi. Burada dayısının qızı Fatmagül Süzen (18) ilə otaqda oturarkən notebook-a bağladığı MP3 player-dən musiqi dinləyən Aydıner, birdən yerə yıxıldı. Aydıner, hadisə yerində həyatını itirdi. Gənc qızın, MP3 player-dən qaynaqlanan elektrik cərəyanına qapılması ya da infarkt keçirməsi nəticəsində öldüyü üzərində dayanılarkən, cəsəd, qəti ölüm səbəbinin təyin olunması üçün Bursa Ədliyyə Tibb Təşkilatına göndərildi. Elektrik Mühəndisləri Bursa Şöbəsi prezidenti Remzi Çinar, kompüterə bağlı bir cihazdan ölümə gətirib çıxaracaq elektrik cərəyanının meydana gəlməsinin çox çətin olacağını ifadə edərək, "Yenə də araşdırma etmədən bunu anlamaq çox çətindir. Dəqiq bir şey söyləmək üçün araşdırma etmək lazımdır" dedi.

Hiç yorum yok:

Yorum Gönder

banner

banner
desert operations