27 Nisan 2010 Salı

yaxsiliq


YAXŞILIQ QARŞILIQSIZ QALMAZ


Howard, yoxsul bir ailənin uşağıydı və məktəb xərclərini qarşılamaq üçün qapı-qapı dolaşaraq əşyalar satırdı.

O gün, heç bir şey sata bilməmişdi və çox acımışdı. Bundan sonra çalacağı ilk qapıdan yeyəcək bir şeylər istəməyə qərar verdi. Qapıyı açan sevimli gənc xanımı görüncə utandı.

Yeyəcək bir şeylər yerinə sadəcə "Bağışlayın, bir stəkan su xahiş edə bilərəm?" deyə bildi.

Gənc xanım, uşağın ac ola biləcəyini düşünərək ona bir stəkanda süd gətirdi. Uşaq, südü yavaş-yavaş içdikdən sonra:

"Çox təşəkkür edirəm, borcum nə qədərdir?" deyə soruşdu. Gənc xanım:

"Borcunuz yoxdur" deyərək, üzündə bir gülümsəməylə davam etdi;

"Anam, göstərdiyimiz şəfqət və nəzakət qarşılığı olaraq əsla bir bədəl ödənməsini gözləməmiyimizi öyrətdi bizə" dedi. Uşaq:

"O zaman çox təşəkkürlər, ürəkdən təşəkkür edirəm sizə" dedi.

Howard Kelly, evin önündən ayrıldığı zaman özünü yalnızca fiziki olaraq deyil, ruhsal olaraq da güclü hiss edirdi.

İllər sonra gənc xanım çox nadir rast gəlinən bir xəstəliyə yaxalanmışdı. Yerli həkimlər çarəsiz qalınca, xəstəliyi ilə ilgili araşdırmalar aparılması üçün onu digər şəhərə göndərdilər.

Dr. Howard Kelly, konsultasiya etməsi üçün çağırıldığı xəstənin hansı qəsəbədən gəldiyini eşidincə həyəcanlandı. Artıq gənc olmasa da illər öncə ona sevgiylə yanaşan xanımı ilk gördüyü anda tanımışdı və onun həyatını qurtarmaq üçün əlindən gələni etdi.

Uzun sürən müalicədən sonra xanım sağlığına qovuşdu. Dr. Kelly, incələnməsi üçün ona gətirilən hesaba baxdı və kiçik bir kağıza bir şeylər yazaraq zərfin içinə qoydu və xəstə xanımın otağına göndərdi.

Qadın əlləri titrəyərək aldı zərfi əlinə.

Açmağa qorxurdu... Xəstəxana xərclərini əsla ödəyə bilməyəcəyini və geri qalan yaşamı boyunca bu xərcləri ödəmək üçün işləməli olacağını bilirdi.

Sonunda zərfi açdı və qəbzə əlavə olunmuş bir qeyd diqqətini çəkdi. Kağızda bunlar yazılmışdı:

"Xəstəxana xərclərinin hamısı 1 stəkan süd qarşılığı ödənmişdir".

mentiqi suallar cavablari sabah 20:00 da saytda


1.Bir insan gedir bazara və tutuquşu alır. Satıcı ona deyir ki, mən sizə söz verirəm ki, bu tutuquşu eşitdiyi hər bir şeyi təkrar edəcək. Evə gələn zaman məlum olur ki, tutuquşu tamamilə danışa bilmir. Amma satıcı yalan deməmişdi. Bəs onda bu necə oldu?
2.Niyə məlum olan ən böyük sönmüş vulkanı heç kəs fəth etməyib?
3.Bir tacir ölməmişdən əvvəl böyük oğluna atlarının yarısını, ortancıl oğluna atlarının 1/3-ni və kiçik oğluna atlarının 1/9-ni vəsiyyət edir. Həmən tacirin isə 17 atı olub. Bu atları necə bölmək olar?
4.Sizə onu veriblər və indidə o sizə məxsusdur. Siz onu heç vaxt heç kəsə verməmisiniz, ancaq ondan sizin bütün tanışlarınız istifadə edirlər. O nədir?
5.Ata iki oğluna deyir ki, o biri şəhərdən bu şəhərə atla gəlin. Kimin atı gec gəlsə bütün mal-dövlətimin sahibi o olacaq. Oğullar atasını dediyi kimi edirlər və atla yavaş-yavaş gedirlər. Yolda bir ağsaqqalı görürlər və ağsaqqal onlara bir fikir deyən kimi onlar var gücləri ilə finişə tez çatmaq üçün can atmağa başlayırlar. Ağsaqqal onlara nə deyib?

bilirdinizmi?


* Gözlərin böyüklüyü doğulduğumuz andan etibarən dəyişməzkən, burun və qulaqların böyüməsi heç dayanmırmış.
* İnternetdə yoldaşlıq saytlarını istifadə edən kəslərin %30′u evlidir.
* Kitabxanalardan ən çox oğurlanan kitab: Guinness Rekordlar Kitabı.
* Səhərlər alma qəhvədən daha yaxşı yuxu açırmış.
* Dünyadakı toyuq sayı insan sayından çoxdur
* ‘Mohammed' dünyanın ən məşhur istifadə edilən adıdır.
* Eşşəklərin öldürdüyü insan sayı təyyarə qəzalarında ölənlərdən çoxdur.
* Ola biləcək bir nüvə döyüş sonrası radiasiyadan təsirlənməyəcək tək canlı hamam böcekləridir. Bunların başını kəssəniz də yaşayır. 9 gün sonra ölməsinin səbəbi isə aclıqdır.
* İnəklər nərdivan çıxa bilir amma enə bilmir.
* yalnız 2 canlı başını arxaya çevirmədən arxanı görə bilir: Dovşan və tutuquşu.

Clawfinger-final stand


esli yanq


İspaniyanın “Barselona” futbol klubu heyətini gücləndirmək fikrindədir. İspaniya təmsilçisi bunun üçün ilk növbədə “Aston Villa” klubunun gənc və
perspektivli futbolçusu Eşli Yanqı heyətinə qatmaq niyyətindədir.
“Barselona” bunun üçün 25 milyon funt sterlinqdən keçməyə hazırdır.
Kataloniya təmsilçisi ilə yanaşı “Çelsi” və “Real” (Madrid) klubları da futbolçunu transfer etmək üçün əsl savaşa girişiblər.
Xatırladaq ki, Eşli Yanq ötən mövsüm İngiltərənin ən yaxşı gənc futbolçusu seçilmişdi.

pomidorun xeyiri



sveçin Lund Universitetində aparılan araşdırma zamanı, pomidorun xərçəng müalicəsində güclü təsirə malik olduğu bir daha təsdiqlənib
İsveçli tədqiqatçılarin fikrincə, yeni kəşflər əsasında bir neçə il ərzində pomidor genlərindən xərçəng xəstəliyinin müalicəsində effektiv şekildə istifadə olunacaq.

Burcu_Güneş_-_Biz_aşkı_meleklerden_çaldık

banner

banner
desert operations