21 Mayıs 2010 Cuma

cuce qus


» Fransa yığmasını yatağa salan «utancaq cücə»




Riberi Zahia Deharın «tam»ını ad günündə dadıb

"...bir gecəm üçün 2 min avro alırdım. Bunu cəmi bir dəfə edəcəkdiksə, 500 avro istəyirdim"
«İlk müştərim Kərim Benzema olub, amma ən tələbkarı…»

Nəhayət, o danışdı. Dünyaca məşhur futbolçuları - Kərim Benzema, Frank Riberi, Sidney Qovunu «yoldan çıxaran» Zahia Dehar müsahibə verərək hər şeyə aydınlıq gətirib.
Yəqin bilirsiz ki, adıçəkilən oyunçular hələ 18 yaşı tamam olmayan qızla cinsi əlaqədə olduqları üçün polisə çağırılmış, sorğu-suala çəkilmişdi. Deyilənləri təsdiqləyən futbolçular həmin qızın yaşının az olmasından xəbərsiz olduqlarını da bildirmişdilər. Futbol dünyasını bir-birinə vuran bu qız isə Fransanın məşhur “ParisMatch” jurnalına müsahibə verərək, əslində necə birisi olduğunu və hadisələrin necə cərəyan etdiyini açıqlayıb. Aşağıda oxuyacağınız müsahibə eksklüzivdi və ilk dəfə yalnız “KomandA” qəzetində işıq üzü görür.
Həmkarlarımız müsahibənin girişində Zahianı belə təqdim ediblər: “Çərşənbə günü müsahibəyə gələn bu utancaq qızın cəmi 18 yaşı var. Qəşəngdi və çox kiçik görünür. Ayağının ölçüsü 34-dü. Başına gələnlərdən çox yüklənib... Elə bil indicə yumurtadan çıxan cücədi. Uzun saçları bütün üzünü örtür. Makiyajsız üzünə baxanda 16 yaşlı qızcığaza bənzəyir. İndiyə qədər internetdə dolaşan və “Fransız Paris Hilton”una bənzəyən şəkillərindəki görüntüsündən çox uzaqdı. Zahia Paris deyil...
O, anası Yamina və kiçik qardaşı Zəkəriyyəylə birlikdə yaşadığı evi bu gün tərk etməli olub. Səbəb onu izləyən jurnalistlər, fotoqraflardı. Evi, telefon nömrəsi son zamanlar dəfələrlə dəyişilib. Bu da səbəbsiz deyil. Onun adı “Sutenyor briqadasının qarşısının alınması” əməliyyatında ən çox hallananlardandı. Amma «həddi-buluğa çatmayan» bu qız, «fahişə» deyil. Zahia belə qələmə verilmək istəmədiyini dəfələrlə israr edərək, təkrarlayır».
- Zahia, 18 yaşın var və Mərakeş əsillisən. Fransaya nə vaxt gəlmisən?

- Mən Mərakeş yox, Əlcəzair əsilliyəm! Bu ölkənin Geriss şəhərində, 25 fevral 1992-ci ildə anadan olmuşam (pasportunu göstərir) və Fransaya 2002-ci ildə, anam və kiçik qardaşımla gəlmişəm. O vaxt 10 yaşım var idi.



- Sən aprelin 12-də, bazar ertəsi, “Zaman” kafesində digər gənc qadınlarla birlikdə, fahişəliyə vasitəçilik etməkdə günahlandırılma işiylə bağlı həbs edilmisən?
- Yalandı! “Zaman” kafesi tez-tez olduğum yerlərdən biri deyil və biri istisna olmaqla həmin gecə həbs edilən qızların heç birini tanımıram. Onun (adı Doradı) sutenyorluqda (belə işlərdə əlaqələndirici) günahkar bilindiyini, amma türməyə salınmadığını öyrəndim. Ordakı adamlarla heç bir əlaqəm yoxdu. Mətbuat hər şeyi səhv yazıb.
- Ancaq sənin adın bu işlərlə yanaşı çəkilir. Bu necə baş verdi?
- Aprelin 12-də, saat 17 radələrində polis bizə gəlib. Mən evdə yox idim, yalnız anam vardı. O mənə zəng etdi və mən də təcili evə qayıtdım. Polis mənə onların dedikləri üzrə hərəkət etməyi tapşırdı və mən də elə etdim.
- Evində axtarış edildi?
- Yox, niyə ki? Mən ki pis heç nə etməmişdim, heç kimin heç nəyini oğurlamamışdım.
- «Polisə çağırılmağ»ının səbəbini bilirsənmi?
- Onlar məndən bəzi şeylər soruşdular, amma bu haqda heç nə bilmədiyimdən, cavab vermədim. Polis dedi ki, Əbu-Kamal sutenyorluqda günahlandırılaraq həbs edilib. Onun telefonunda mənim də nömrəm olub. Onlar uzun müddət nömrəmi izləyib, danışıqlarıma qulaq asıblar və nə işlə məşğul olduğumdan xəbərdardılar.
- Yəni...
- Polislər bilirdi ki, mən müxtəlif insanlarla sekslə məşğul oluram və onları məşhur adam olub-olmamalarından asılı olmayaraq buna görə pul ödəməyə məcbur edirəm. Mən fahişə deyiləm! Eşitdiklərim və yazılanlar yalandı. Mən bu şəbəkənin bir hissəsi, sutenyor deyiləm, pulumu heç kimə vermirəm. İstədiyimi edirəm, seksə görə pul verə də, ala da bilərəm. Yalnız istədiyim adamla bu işi edə bilərəm və kimsə məni buna məcbur edə bilməz.
- Bu işlə nə vaxtdan məşğulsan?

- 16 yaşımdan gecə klublarına gedirəm. Həmişə yaşımdan qoca görünmüşəm və insanların məndən xoşu gəldiyini öyrənəndə özümə “niyə də bundan yararlanmayım” dedim. Bu gün mən özümü fahişə yox, çağırışla gələn qız hesab edirəm. Mənim kişiləri axşamlar, ya da uzun yolda müşayiət etdiyim vaxtlar çox olub. Onlarla heç də həmişə sekslə məşğul olmamışam.
- Ən çox hansı yerlərdə olurdun?
- “Etual Klubu”, “M Palas”, “Le Sens” və başqa VİP yerlərdə. Günün ikinci yarısında mən Parisin səkkizinci dairəsindəki möhtəşəm otellərin barlarına gedirəm.

- Qiymətlərin necədi?

- İnspektorlardan da gizlətməmişdim - bir gecəm üçün 2 min avro alırdım. Bunu cəmi bir dəfə edəcəkdiksə, 500 avro istəyirdim. Bilirsiz, mənə təkliflər həmişə kişilər tərəfdən gəlib. Məhz bu səbəbdən özümə fahişə deməkdən imtina edirəm. Mən yol qırağında, ya da bar stulunda oturub adam cəlb etmirəm. Həqiqətən də idman, şou-biznes adamlarının olduğu yerlərə gedirəm, onlarla görüşürəm. Ancaq onlar mənə bunu təklif edirlər... Mən də razılaşıram.
- Niyə sənin işində futbol ulduzlarıyla bağlı bölməyə xüsusilə çox diqqət yetirilib?
- Elə bilirsiz mən nəyisə gizlədə bilərdim? Polis hər şeyi dinləyib. Bəzi oyunçuların və mənim adım orda çəkildi, mən başqa heç nə deyə bilməzdim. Ancaq onların bildiyi şeyləri təsdiqlədim və israr etdiklərinə görə bəzi təfərrüatları açıqladım. Məsələn, onlar sübut üçün Dora, ya da Abuyla danışıqlarımı mənə dinlətdilər. Hər şey çox aydın idi və buna görə də etiraz edə bilmədim.
- İsrar etdikləri mövzular nə idi?

- Əsas məsələ mənim yalnız bu ilin fevralından həddi-büluğa çatmış hesab olunmağım idi. Onlar dedilər ki, bu yaşa qədər mənimlə seksual münasibətlərin qurulması cinayətdi. Bu həm mənim müştərilərimə, həm də ünsiyyət qurduğum şəxslərə aid edilir. Düzü, bu heç ağlıma gəlməmişdi. Heç kimə 18 yaşdan aşağı olduğumu deməmişəm. Mənə görə həddi-büluğ 16 yaşdan başlanır. Onsuz da gecə həyatına məhz bu yaşdan başlamışam.


- Benzema, Riberi, Qovu... Sənin müştərilərin olub?
- Hə, amma mən futbol ulduzlarının azarkeşi deyiləm. Birinci Kərim Benzema olub. Onunla 2008-ci ildə, gecə klubunda tanış olmuşam. Onunla iki, ya da üç dəfə görüşmüşük. Ancaq sizi əmin edə bilərəm ki o, mənim yaşımdan xəbərsiz idi. Mən onunla görüşəndə onun da 18 yaşı vardı. Ancaq onunla münasibətlərim pullu olub.
- Onda yaşın az idi?
- Hə.
- Ancaq Kərim sənin dediklərini qəbul etmir...
- Nə deyir, desin. Yalan deməkdə məqsədim nə ola bilər? Bizi bir yerdə görən şahidlər var. Polisdə olarkən məhz bu səbəbdən bunu inkar edə bilmədim.
- Ən çox hirslənən isə Frank Riberidi. Çünki o daha yaşlı və evlidi…
- Ancaq ən tələbkarı da o idi! Mən ora təyyarəylə, dostlarımdan birinin (adı Kameldi, sutenyorluqda günahlandırılaraq həbs edilib) müşayiətiylə gəlmişdim. Deyəsən, Frank dostuma mənim xidmətlərimdə maraqlı olduğunu demişdi. Bu, onun 26 yaşı qeyd olunan gün, 7 aprel 2009-cu ildə baş verdi. O, Münhendə gözəl, dəbdəbəli mehmanxanalardan birində otaq sifariş etmişdi. Bizim seksual münasibətlərimiz oldu və o, pulumu verdi.

- Sən onun ad günü hədiyyəsiydin?


- Mən yaxşı hədiyyəyəm, hə?
- Münhenə aviareysin pulunu kim vermişdi?
- Bunu dəqiq bilmirəm. Yəqin ki, əvvəlcə Kamel bunu edib və sonra Riberi bu borcu qaytarıb.
- Təyyarəylə uçmaq üçün doğum tarixini bilməlisən. Biletləri Riberi alıbsa, onun qanunla ciddi problemləri olacaq...
- Əminəm ki, polis artıq biletləri kimin aldığını aydınlaşdırıb. Bu mənim problemim deyil. Mən sadəcə onu təsdiqlədim ki, Riberinin mənim yaşımdan xəbəri yox idi. Ona deməmişdim.
- O vaxtdan sonra görüşmüşdüz?
- Hə, iki dəfə. Sonuncu dəfə bu, 2009-cu ilin dekabrında, Parisdə olub. Pulumu almaqda çətinlik çəkdim, amma o işi birtəhər yoluna qoydu.
- Səninlə yaxşı davranırdı?
- Ona nə istədisə, onu da verdim. O, çox da savadlı və cəsur birisi deyildi. Heç yaraşıqlı biri olduğunu da deyə bilmərəm. Mən sadəcə işimi görməyə gəlmişdim. Onun futbolçu, ya da başqa bir işin sahibi olmasının mənim üçün heç bir fərqi yoxdu. O, müştərilərimdən biriydi, qurtardı getdi.
- Polis səni bir neçə dəfə sorğu-sual edib?
- Hə. Birinci dəfə bu, aprelin12-də, axşam olub. O vaxt məndən konkret olaraq Əbu-Kamellə münasibətlərim haqda soruşdular və mən sizə də deyə bilərəm ki, o, mənim sutenyorum deyil. Eyni məkandan çıxmışdıq və onlar mənim nə işlə məşğul olduğumu bilirdilər. Kamel haqqımdakı məlumatları onlara vermişdi. Bəzən məni “çox yaxşı müştərilər”lə tanış etdiyinə görə ona hədiyyələr vermişəm. Amma onunla aramda təşkilatlanmış, qiyməti bilinən bir şey yoxdu və ona faiz də vermirdim. Heç vaxt onu sutenyor kimi qiymətləndirməmişəm. Bu işi öz istəyim üzərində qururdum. Müfəttişlər məni əvvəlcə aprelin 13-də, bir də iki gün sonra, yəqin ki Riberi və Qovunu dindirdikdən sonra çağırdılar. Sonuncu dəfə polis mənə həqiqətən də böyük təzyiq göstərmişdi.
- Niyə?
- Onlar mən bilmədiyim şeyləri, təfərrüatları, tarixləri, məbləğləri öyrənmək istəyirdilər. Hətta məni fransız vətəndaşlığından çıxaracaqlarıyla belə hədələdilər.
- Niyə? Ümumiyyətlə, sənin fransız vətəndaşlığın var?
- Əlbəttə. Anam, qardaşım və mən 2009-cu ilin aprelində, yazılı ərizədən sonra vətəndaşlıq almışıq. Bu, yanında qeydiyyatdan keçdiyimiz Erik Bessonun xidmətləriydi. Hazırda pasportumun verilməsini gözləyirəm. Onların heç nə edə bilməyəcəklərini bilsəm də, çox qorxdum və hər şeyi təfərrüatıyla danışdım. Ancaq həqiqəti dedim.
- Qovu əlaqədə olduğun sonuncu futbolçuydu?
- Hə. Onunla axşamlar görüşərdim. Sidney martın əvvəlində məni Liona dəvət etdi və mən də getdim. Bizim seksual münasibətlərimiz oldu. O, pulumu problemsiz ödədi. Üstəlik həmin vaxt yaşım 18-i keçmişdi.
- Ailənin sənin işindən xəbəri vardı?
- Yox! Anam və ögey atam həmişə fəaliyyətimi gözardına vurub. Əlcəzairdə qalan əsl atam da həmçinin. Özü də mən bu işin dalınca hər axşam getmirdim, gedəndə də rəfiqəmgildə gecələdiyimi deyirdim.

- Birinci müştərini xatırlayırsan?

- Hə, yaddan çıxarmaram. Bu, ad gününü qeyd edən, çox gözəl və yaxşı təhsilli bir cavan oğlan idi. Onda mənim cəmi 16 yaşım vardı...
- Futbolçularla yanaşı, başqa hansı peşə sahibləri sənin müştərin olub?
- Demək olar ki, hamısı. Axşamlar gözəl görünmək və parlamaq üçün eskort-qıza ehtiyacı olan iş adamları, varlı ailələrin uşaqları...
- Çox səhayət etmisən?
- Bir neçə dəfə Dubayda, Monakoda olmuşam. Amma ən çox San-Trope və Kannda olurdum.
- Heç sevmisənmi?
- Hə, bir dəfə, özü də çox dərindən. Amma... Amma bu mənim sirr bağçamdı. O, mənim işimdən xəbərsiz idi və onun bunu öyrənməsi məni çox kədərləndirdi.
- Gələcəyini necə görürsən?

- İki ildi estetika məktəbində qeydiyyatdayam. Fevralın sonlarında, yaşım 18 olanda bunu dayandırdım. Puluma qənaət edib, gözəllik salonu açmaq istəyirdim. Daha iki il işləyib, pul yığmağı düşünürdüm. Sonra isə... Düzü, bilmirəm. Özümü itirmişəm bir az. Yəqin ki, hər şeyə «durr» deyəcəm.

1 yorum:

  1. Mənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
    whatsapp nömrəsi + 1- (989-394-3740)

    YanıtlaSil

banner

banner
desert operations