20 Mayıs 2010 Perşembe

ibretamiz hekaye


Məhkəmə salonu.. 80 yaşlarında 2 qoca.. Küskün baxışla ətrafı süzən baba və ağlamaqdan gözləri çuxura düşmüş nənə.. Salonda qulaq batırıcı bir uğultu var. Birdən hakimin səsi eşidildi və salona dərin bir sakitlik çökdü.. Hakim, "Buyur nənə danış, niyə boşanmaq istəyirsən?" - deyib sözü yaşlı qadına verdi. Yaşlı qadın dərin nəfəs aldıqdan sonra alçaq səslə danışmağa başladı: "Artıq səbrim tükənib. 50 ildir ki, bir yerdəyik. Məni həyatdan bezdirib".. Salona yenə sakitlik çökdü. Bu dəfə sükutu fotoaparatın səsi pozdu. Bu hansısa qəzetin müxbiri idi. Kim bilir, qadının sözlərini necə yozacaqdılar.. Məhkəmə salonunda xeyli müxbir var idi. Hamısı da diqqətlə qadını dinləyirdilər. Görəsən, indi o nə deyəcəkdi ? Yaşlı qadının gözləri doldu və sözlərinə davam etdi: "Bizim bir sədəf çiçəyimiz var idi. Çox sevirdim o çiçəyi. Eh, o, hardan bilsin ki? 50 il əvvəl idi. Bu çiçəyi onun mənə verdiyi çiçəklər arasından seçmişdim. Övladımız yoxdu deyə bu çiçəyi övladım kimi böyütmüşdüm. Bir qədər sonra çiçək qurumağa başladı. Özümə söz verdim ki, hər gecə gün çıxmamış durub onu sulayacağam. Çünki, "Gecə sulasan qurumaz" - deyirdilər. 50 il oldu. Ancaq o, bir dəfə də qalxıb çiçəyi sulamadı. Keçən gecə isə çox yorulmushdum. Odur ki, yatıb qaldım, çiçəyi sulaya bilmədim. Ancaq onun tükü də tərpənmədi. Mən belə bir adamla 50 il yaşadım. Həyatımı, ümidlərimi, hərşeyimi verdim. Ancaq ondan heç bir şey görmədim. Onsuz mənim üçün daha yaxşıdır". Hakim üzünü yaşlı adama tutaraq: "İndi də sən buyur, baba. Bəlkə sənin də sözün var" - dedi. Yaşlı adam əlində əsası ağır addımlarla kürsüyə doğru irəlilədi. Məsum baxışlarla üzünü hakimə tutdu və danışmağa başladı: "Əsgərlikdə bağban idim. Gözəl bir bağım var idi. Həyat yoldaşımı da orda tanımışdım. Sədəf çiçəyini də.. Ona ən gözəl çiçəklərdən dəstələr verirdim. İndi baxçamız o çiçəklərlə doludur. Təzə evlənmişdik. Bir gün boyun ağrısından şikayət etməyə başladı. Onu həkimə apardım. Həkim, "Uzun müddət oyanmadan yatsa, boynundakı kirəc bərkiyə bilər. Qoy hər gecə oyansın, gəzsin. Onda bir qorxusu olmaz" - dedi. Ancaq bizim xanım həkimi dinləmədi. Mənim sözüm keçmədi. Elə o günlərdə bu çiçək qurudu. Mən ona "Hər gecə sulasan, qurumaz" - dedim. O da söz verdi. Hər gecə onu oyatdım və gülləri sulamasına tamaşa etdim. Xəyalımda o çiçək mən oldum. O yatandan sonra oyandım, saxsıdakı suyu boşaltdım. Çünki Sədəf çiçəyi gecə sulanmağı sevməz. Keçən gecə isə oyana bilmədim. Onu da oyada bilmədim. Mən çiçəyin qurumasından yox, onun boynunun ağrımağından qorxdum. İndi isə məni müttəhim kimi ittiham edirlər"... Məhkəmə salonunda hər şey susdu. Elə bil hamı tilsimlənmişdi. Ancaq ertəsi gün... Ertəsi gün qəzetlər "Çiçək susuz qaldı" adlı bu məqaləni yazdılar...

Hiç yorum yok:

Yorum Gönder

banner

banner
desert operations