
Norveçin paytaxtı Osloda keçiriləcək «Eurovision-2010» mahnı müsabiqəsinə hazırlıq işləri davam edir. Müsabiqənin yarım finalları mayın 25-i və 27-də, final mərhələsi isə mayın 29-da keçiriləcək. Azərbaycanı yarışda təmsil edən Səfurə Əlizadə ikinci yarım finalda «Drip drop» mahnısını ifa edəcək. Təmsilçimiz qalib olacağına inanır.
Safura Əlizadə - «Mən qalib olacağına inanıram.. »
Xatırladaq ki, Azərbaycanı Eurovisionda təmsil edəcək Safura Əlizadə Osloya gəlməmişdən əvvəl Avropa ölkələrində promotur keçirib. Bu çərçivədə o Almaniya, Niderland, Yunanıstan, İsveçrə, Belçika, Polşa və Rusiyada konsertlər vermişdi. Bu arada ötən gün Osloda Norveçin müstəqillik günü qeyd olunub. Mərasim iştirakçıları arasınqa 1-ci kanalın əməkdaşları da olub.
Hiç yorum yok:
Yorum Gönder