4 Mayıs 2010 Salı

cok guzel haraketler bunlar -damla pastanesi

dunyanin en qiymetli 10 sirketi


İngilis bazar araşdırması və məsləhətçilik şirkəti MillwardBrown-un hazırladığı araşdırmaya görə, dünyanın ən qiymətli markası-''Google'' açıqlandı.

Fransız iqtisadiyyat qəzeti Les Echos-dakı xəbərə görə, MillwardBrown-un bu il beşincisini hazırladığı ''BRANDZ Top 100 Ən Qiymətli Markalar Sıralaması'' açıqlandı.

Keçən il siyahının ilk 10-luğunda iştirak edən markalar sıralamadakı yerləri dəyişsə də siyahıda qalmağı bacardı. İlk 10 şirkət arasında 4 texnologiya, 2 cib telefonu operatoru və 2 qida markası var.

Siyahının ilkində internet axtarışı- ''Google'' iştirak etdi. 2009-cu ilə görə 14% nisbətində dəyər qazanan Google-un marka dəyəri 114,2 milyard dollar səviyyəsində var.

Google-u kompüter nəhəngi ''IBM'' təqib edir. Keçən il siyahının dördüncü əsnasında iştirak edən IBMin marka dəyəri 2009-a görə 30% nisbətində dəyər qazanaraq 86,3 milyard dollara çatdı.

Siyahının üçüncü əsnasında altıncı sıravi yüksələn kompüter şirkəti ''Apple'' var. Keçən ilə görə 32% nisbətində dəyər qazanan marka dəyərinin 83,1 milyard dollar olduğu ifadə edilir.

Dördüncü sırada isə proqram şirkəti ''Microsoft'' iştirak edir. Keçən il siyahının ikinci əsnasında olan şirkətin marka dəyəri bu il də dəyişmədi və 76,3 milyard dollar səviyyəsində qaldı.

Siyahının beşinci əsnasında spirtsiz içki nəhəngi ''Coca Cola'' var. 2009-da siyahının üçüncü əsnasında iştirak edən şirkətin marka dəyəri 1% nisbətində dəyər qazanaraq, 67,9 milyard dollara yüksəldi.

''Top 10'' da iştirak edən digər markalar və dəyərləri belədir:

-6-cı sırada McDonald's (66 milyard dollar)
-7-ci sırada Marlboro (57 milyard dollar)
-8-ci sırada China Mobile (52,6 milyard dollar)
-9-cu sırada General Electric (45 milyard dollar)
-10-cu sırada Vodafone (44,4 milyard dollar)


* Google HTC ilə əməkdaşlıq edərək Nexus One-ı bazara çıxardı, amma istədiyi satış nisbətlərinə çata bilməmişdir. Bunun üzərinə, fenomen iPhone ilə mübarizə edəcək və Motorola ilə ortaq hazırlanacaq Nexus Two ilə əlaqədar xəbərlər gündəmə oturdu

Avropanin ilk Albino timsahlari



Avropa`nın ilk albino timsahları.


Fransa`nın şərqində olan "Timsah Cütlüyü"nə iki yeni üzv də qatıldı. Louisianadan gətirilən bu timsahların digərlərindən fərqi albino olmalarıdır. İki timsah beləcə Avropa`da yaşayan ilk albino timsahlar ünvanını da almış oldular. Dünyada bilinən 20 albino timsah var. Genetik bir pozuqluq səbəbiylə bu heyvanlar rəngsiz olaraq həyatlarını davam etdirir.

Avitaminoz



Avitaminoz - orqanizmdə vitamin çatışmazlığıdır. Avitaminoz mövsümi xarakter daşısa da, bir çoxlarında bu problem yaz fəslinə təsadüf edir. Mütəxəssislər bunu qışda lazımi qədər vitamin və günəş şüası almamağımızla izah edirlər. Yay və payızda aldığımız vitaminlər isə artıq tükənib. Orqanizmin rahat mənimsədiyi vitaminlər bitki qidalarında - meyvə və tərəvəzlərdədir.

Orqanizmdə nə çatışmır?
Sadə yollarla orqanizminizdə hansı vitaminlərin çatışmadığını müəyyən edə bilərsiniz:
1. Əllərinizi yuxarı qaldırın və dörd barmağınızı qatlamadan (baş barmaqdan başqa) ovucunuza çatana qədər bükün. Əgər bunu edə bilmirsinizsə, deməli sizdə B6 vitamini çatışmır.
2. Hətta yüngül əzilmə zamanı qançırlar uzun müddət getmirsə, bu, vitamin C çatışmazlığından xəbər verir.
3. Sizi mütəmadi olaraq başağrıları və qulaqda səs narahat edir? Bu B3 və E vitaminin, həmçinin marqans və kalium mikroelementlərinin azlığındandır.
4.Göz qızartıları və qaranlığa gec adaptasiya olma A və B2 vitamininin çatışmazlığındandır.
5.Saçda kəpək B12, B6, P və selen çatışmazlığı zamanı əmələ gəlir.
6.Saçlarınız tez qırılır və cansızdır? Bu, B9, C və H vitamin çatışmazlığının əlamətidir.

Avitaminozun qarşısını necə almalı?
Avitaminozla mübarizədə əsas vasitə balanslaşdırılmış qidadır. Yalnız kartof və makaronla qidalanmaq olmaz. Yağ və zülal olmadan orqanizmin normal funksiyalaşması mümkün deyil. Ətin enerji dəyəri bitki qidasında olandan on dəfə çoxdur. Əlbəttə, qışda yediyimiz meyvə və tərəvəzin tərkibində vitamin olmur. Bu halda köməyimizə payızda tutduğumuz ehtiyatlar gəlir - mürəbbə, kompot, turşu kələm, pomidor və xiyar. Bunlar həm dadlı, həm də faydalıdır. Termik emala məruz qalan meyvə və giləmeyvə heç bir fayda vermir, amma turşu kələmdə yaya qədər C, A, B vitaminləri qorunub-saxlanır. Vitaminlər təkcə bostan və bağ məhsullarında deyil, çiy ciyər, günəbaxan tumu və yağında da var.

Ərik və gavalıda çoxlu kalsium, turşular, dəmir, karotin, fosfor və kalium var. Orta həcmli beş ədəd ərikdə orqanizmdə kalsium və hemoqlobinin faizini qoruyan gündəlik dəmir norması mövcuddur. Xüsusilə bu ərzaqlar menstruasiya dövründə qadınlara çox gərəklidir.
Ərik qurusu ürək, sinir sistemi, anemiya, görmə zəifliyi zamanı əvəzolunmazdır.100-150 qram ərik qurusu bağırsağı təmizləyə bilər. Kalium və digər qiymətli maddələrlə zəngin olan kişmiş ağ ciyər, ürək, sinir sistemi üçün çox faydalıdır. Həmçinin kişmiş hemoqlobini artırır və mədə problemləri zamanı kömək edir. Bəlğəmgətirici kimi kişmişdən hazırlanan türkəçarə kömək edir: 100 q kişmişi 10 dəqiqə isti suda saxlayın, sıxıb suyunu gündə 3-4 dəfə yarım stəkan için. Əncir isə ürək-damar xəstəlikləri, ürəkdöyünməsi, astma, anemiya zamanı çox faydalıdır. Əncir sidikqovucu, tərlədici xüsusiyyətə malikdir. Xalq təbabəti soyuqdəymə, quru və göy öskürək zamanı əncirlə süd içməyi məsləhət görür. Bunun üçün 4-5 ədəd ənciri isti südün içinə atır, gündə 2-4 dəfə yarım stəkan içirlər.

Süni vitaminlər
Əgər qışa ehtiyat saxlamamısınızsa, dərman preparatlarına müraciət edin. Əvvəllər apteklərdə yalnız sarı rəngli yumru polivitaminlər və ağ iri askorbin turşusu tabletləri var idi. Amma indi o qədər vitamin mövcuddur ki, adam lap çaşbaş qalır. Vitaminlərdən başqa, bu preparatların tərkibində orqanizmin həyat fəaliyyətini artıran mikroelementlər - kalium, maqnezium, dəmir də var. Bunlar məhz elə mikroelementlərdir ki, orqanizmə xaricdən daxil olunmalıdır. Onlar, həmçinin meyvə və digər qida məhsullarında olur, amma uzun müddət saxlandıqda parçalanır. Mikroelement və minerallar orqanizm üçün mütləqdir. Onlar hormon və fermentlərin tərkib hissəsidir. Vitamin və minerallar bir-birilə sıx bağlıdır, amma onların cütləşməsi qeyri-stabil ola bilər. Ona görə də preparatlarda onlar balanslaşdırılmış, hətta ayrılmış formadadır.

3 Mayıs 2010 Pazartesi




Standford Universitetinin yenə ortaya çıxardığı bir xoşbəxtlik formulu var. Dünyaya bu formulla baxdığımızda, həyatımız bir az daha mənalı olcaqdır. Aşağıdakıları oxuduğunuzda cavablarınız bəli isə nə qədər şanslı olduğunuzu anlayacaq və halınıza şükr etməli olduğunuzu anlayacaqsınız.

* Əgər bu səhər sağlam olaraq oyandınızsa, bu həftə xəstəlikdən öləcək olan 1 milyon adamdan daha şanslısınız.

* Əgər heç döyüş görməmiş, həbsə düşməmiş, işgəncə görməmiş, aclıq çəkməmişsinizsə, 500 milyon adamdan daha şanslısınız.

* Əgər evdən çıxanda bir qəzaya, həbsə, işgəncəyə məruz qalma ehtimalınız yoxsa, 3 milyard adamdan, çox daha yaxşı bir vəziyyətdəsiniz.

* Əgər soyuducunuzda yeməyiniz, üzərinizdə geyiminiz, başınızın üstündə damınız və yatacaq yeriniz varsa, dünyanın yüzdə 75-indən daha zənginsiniz.

* Əgər cibinizdə və bank hesabınızda sizi rahat dolandıra biləcək pulunuz varsa, bəzilərinə kömək edə bilirsinizsə, dünyanın yüzdə 8 zənginlərindənsiniz.

* Əgər ana atanız sağsa və evlidirsə, dünyada nadir olan kəslərdənsiniz...

* Əgər bu yazını oxuya bilirsinizsə, yer üzündəki 2 milyard oxuma yazma bilməyəndən daha şanslısınız.!

banner

banner
desert operations