29 Haziran 2010 Salı

elnur memmedlinun yeni vezifesi


ELNUR MEMMEDLI yeni vezifeye teyin olunduCüdo üzrə olimpiya çempionu Elnur Məmmədliyə yeni vəzifə verilib. Bu haqda Lent.az-a 22 yaşlı idmançının özü məlumat verib. O bildirib ki, Bakı şəhəri üzrə Yol Patrul Xidmətinə (YPX) baş müfəttiş vəzifəsinə təyin olunub. Məmmədli paytaxtın 11 rayonu üzrə yol polislərinin işinə nəzarət edəcək. Olimpiya çempionu hazırda baş leytenant rütbəsində olsa da, mayor rütbəli şəxsin daşıyacağı vəzifənin ona həvalə olunduğunu vurğulayıb: “Yeni vəzifəmdən razıyam. Rahatdır. Əsas məsələ odur ki, idmandan ayrı düşməmişəm. Yenə normal qaydada məşqlərimi davam etdirirəm”.

Qeyd edək ki, Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında cüdo üzrə 73 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Hiç yorum yok:

Yorum Gönder

banner

banner
desert operations