4 Mayıs 2010 Salı

Avitaminoz



Avitaminoz - orqanizmdə vitamin çatışmazlığıdır. Avitaminoz mövsümi xarakter daşısa da, bir çoxlarında bu problem yaz fəslinə təsadüf edir. Mütəxəssislər bunu qışda lazımi qədər vitamin və günəş şüası almamağımızla izah edirlər. Yay və payızda aldığımız vitaminlər isə artıq tükənib. Orqanizmin rahat mənimsədiyi vitaminlər bitki qidalarında - meyvə və tərəvəzlərdədir.

Orqanizmdə nə çatışmır?
Sadə yollarla orqanizminizdə hansı vitaminlərin çatışmadığını müəyyən edə bilərsiniz:
1. Əllərinizi yuxarı qaldırın və dörd barmağınızı qatlamadan (baş barmaqdan başqa) ovucunuza çatana qədər bükün. Əgər bunu edə bilmirsinizsə, deməli sizdə B6 vitamini çatışmır.
2. Hətta yüngül əzilmə zamanı qançırlar uzun müddət getmirsə, bu, vitamin C çatışmazlığından xəbər verir.
3. Sizi mütəmadi olaraq başağrıları və qulaqda səs narahat edir? Bu B3 və E vitaminin, həmçinin marqans və kalium mikroelementlərinin azlığındandır.
4.Göz qızartıları və qaranlığa gec adaptasiya olma A və B2 vitamininin çatışmazlığındandır.
5.Saçda kəpək B12, B6, P və selen çatışmazlığı zamanı əmələ gəlir.
6.Saçlarınız tez qırılır və cansızdır? Bu, B9, C və H vitamin çatışmazlığının əlamətidir.

Avitaminozun qarşısını necə almalı?
Avitaminozla mübarizədə əsas vasitə balanslaşdırılmış qidadır. Yalnız kartof və makaronla qidalanmaq olmaz. Yağ və zülal olmadan orqanizmin normal funksiyalaşması mümkün deyil. Ətin enerji dəyəri bitki qidasında olandan on dəfə çoxdur. Əlbəttə, qışda yediyimiz meyvə və tərəvəzin tərkibində vitamin olmur. Bu halda köməyimizə payızda tutduğumuz ehtiyatlar gəlir - mürəbbə, kompot, turşu kələm, pomidor və xiyar. Bunlar həm dadlı, həm də faydalıdır. Termik emala məruz qalan meyvə və giləmeyvə heç bir fayda vermir, amma turşu kələmdə yaya qədər C, A, B vitaminləri qorunub-saxlanır. Vitaminlər təkcə bostan və bağ məhsullarında deyil, çiy ciyər, günəbaxan tumu və yağında da var.

Ərik və gavalıda çoxlu kalsium, turşular, dəmir, karotin, fosfor və kalium var. Orta həcmli beş ədəd ərikdə orqanizmdə kalsium və hemoqlobinin faizini qoruyan gündəlik dəmir norması mövcuddur. Xüsusilə bu ərzaqlar menstruasiya dövründə qadınlara çox gərəklidir.
Ərik qurusu ürək, sinir sistemi, anemiya, görmə zəifliyi zamanı əvəzolunmazdır.100-150 qram ərik qurusu bağırsağı təmizləyə bilər. Kalium və digər qiymətli maddələrlə zəngin olan kişmiş ağ ciyər, ürək, sinir sistemi üçün çox faydalıdır. Həmçinin kişmiş hemoqlobini artırır və mədə problemləri zamanı kömək edir. Bəlğəmgətirici kimi kişmişdən hazırlanan türkəçarə kömək edir: 100 q kişmişi 10 dəqiqə isti suda saxlayın, sıxıb suyunu gündə 3-4 dəfə yarım stəkan için. Əncir isə ürək-damar xəstəlikləri, ürəkdöyünməsi, astma, anemiya zamanı çox faydalıdır. Əncir sidikqovucu, tərlədici xüsusiyyətə malikdir. Xalq təbabəti soyuqdəymə, quru və göy öskürək zamanı əncirlə süd içməyi məsləhət görür. Bunun üçün 4-5 ədəd ənciri isti südün içinə atır, gündə 2-4 dəfə yarım stəkan içirlər.

Süni vitaminlər
Əgər qışa ehtiyat saxlamamısınızsa, dərman preparatlarına müraciət edin. Əvvəllər apteklərdə yalnız sarı rəngli yumru polivitaminlər və ağ iri askorbin turşusu tabletləri var idi. Amma indi o qədər vitamin mövcuddur ki, adam lap çaşbaş qalır. Vitaminlərdən başqa, bu preparatların tərkibində orqanizmin həyat fəaliyyətini artıran mikroelementlər - kalium, maqnezium, dəmir də var. Bunlar məhz elə mikroelementlərdir ki, orqanizmə xaricdən daxil olunmalıdır. Onlar, həmçinin meyvə və digər qida məhsullarında olur, amma uzun müddət saxlandıqda parçalanır. Mikroelement və minerallar orqanizm üçün mütləqdir. Onlar hormon və fermentlərin tərkib hissəsidir. Vitamin və minerallar bir-birilə sıx bağlıdır, amma onların cütləşməsi qeyri-stabil ola bilər. Ona görə də preparatlarda onlar balanslaşdırılmış, hətta ayrılmış formadadır.

Hiç yorum yok:

Yorum Gönder

banner

banner
desert operations