13 Nisan 2011 Çarşamba

“Windows 7” liderliyi ələ aldı


ABŞ-da “Windows 7” ilk dəfə olaraq populyarlığa görə “Windows XP”ni geridə qoyub.

Lent.az-ın məlumatına görə, “StatCounter” analitik şirkəti “Windows 7” əməliyyat sisteminin “Windows XP” əməliyyat sistemini istifadəçi sayına görə ilk dəfə olaraq geridə qoyduğunu müəyyən edib.

Aprelin ilk 10 günü ərzində “Microsoft” korporasiyasının sonuncu əməliyyat sisteminin bazarda payı 32,2 faizə çatıb. “XP”nin analoji göstərici isə 30,7 faiz təşkil edib. Amerika istifadəçiləri arasında digər populyar əməliyyat sistemlərinə gəldikdə isə, üçüncü yerdə bazarda 19,5 faizlə “Windows Vista” durur. “Vista”dan sonra gələn “Mac OS”un bazardakı payı 14,8 faiz təşkil edir. “Linux” əməliyyat sistemi ABŞ-da 1 faizdən belə az kompüterlərdə istifadə olunur.

Hiç yorum yok:

Yorum Gönder

banner

banner
desert operations