13 Nisan 2011 Çarşamba

sahe filmi

“Sahə” filmi Moskvada keçiriləcək XIII Beynəlxalq “DetekFEST” və hüquq-mühafizə mövzusunda film festivalında təmsil olunacaq. Festival 20-24 aprel tarixlərində keçiriləcək. Festivalda iştirak etmək üçün 34 ölkədən 330 müraciət daxil olub. Bu il festivalın müsabiqəsində 56 bədii, 29 dedektiv serialı və 96 sənədli və qısametrajlı filmlər, 150 televiziya proqramı mübarizə aparacaq. 2011-ci il üzrə nominantların ümumi sayı 51-dir və “Qəhrəman” və “Anti-qəhrəman” nominasiyalarda 29 aktyor yarışacaq. Festivalın xüsusi mükafatı olan “Canlı əfsanə” 2011-ci ildə rejissor Stanislav Qovoruxinin “Görüş yerini dəyişmək olmaz” filminə təqdim olunacaq. Qeyd edək ki, S.Qovoruxinin bu il 75, filmin isə 30 illiyi qeyd olunur.

XIII Beynəlxalq “DetekFEST” və hüquq-mühafizə mövzusunda film festivalında Azərbaycanla yanaşı, Litva, Niderland, Çin, Tayvan, Rusiya və Monqolustan iştirak edəcək.

Qeyd edək ki, Azərbaycanın və Gürcüstanın birgə işi olan “Sahə” filmi “Nərimanfilm” Kinostudiyasında istehsal olunub. Filmin ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır. “Sahə” bədii filmində (The Precinct) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır. Film Azərbaycan və Gürcüstan ölkələrinin müştərək istehsalı olub, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, həmçinin “Paşa Bank”ın iştirakı ilə ərsəyə gətirilib.

Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər. Quruluşçu operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əfəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, filmin prodüseri Nəriman Məmmədovdur.

Xatırladaq ki, filmin baş rolunun ifaçısı Timur Oduşev martın 13-də Los-Anceles şəhərində (ABŞ) keçirilən “Sahə” bədii filmində ifa etdiyi rola görə “Hollywood Young Artists Award” mükafatına layiq görülüb.

1 yorum:

  1. Yaxşı bir etibarlı kredit şirkətinin mənim üçün etdiyi işlər barədə ifadələrimi bölüşmək üçün buradayam. Adım Nikita Tanya, rus dilindəyəm və 3 uşağın sevimli bir anasıyam. Mənə və övladlarım üçün bu qədər çətin olan bir kredit almaq istəyində pulumu itirdim, kredit istəməyə onlayn müraciət etdim. Bu yaxınlarda çox dürüst bir adam cənab Benjamindən bir kredit götürən bu dostumla tanış olduğum günə qədər itirdim. 5 iş günü ərzində kredit almağımda kömək edən bu vicdanlı kredit mütəxəssisi cənab Benjaminlə tanış etdi. Yenidən ayağa qalxmağımda kömək etdiyim üçün cənab Benjaminə sonsuz minnətdaram. E-poçt vasitəsilə cənab Benjaminlə əlaqə saxlaya bilərsiniz: Lfdsloans@outlook.com onlar mənim bunu etdiyimi bilmirlər, ancaq bunu etmək məcburiyyətindəyəm, çünki kredit yardımına ehtiyacı olan çox sayda insan var. bu vicdanlı insana və siz də xilas ola bilərsiniz .WatsApp: (+ 1 989-394-3740)

    YanıtlaSil

banner

banner
desert operations