1 Ağustos 2010 Pazar

Ibretamiz ve maraqli hekaye


Balaca qız olan Seli , anası və atasından, balaca qardaşı Corc haqqında eşidəndə, hələ 8 yaşında idi. Qardaşı cox xəstə idi. Onu sağaltmaq ucun əllərindən gələni etmişdilər. Corc, yalnız cox bahalı bir əməliyyatdan sonra sağalmaq şansı var idi. Amma bu qədər pulları yox idi.
Seli, atasının umidsiz halda anasına: “Corcu ancaq bir mocuzə sağalda bilər” dediyini eşitmişdi. Bunu eşidən kimi oz otağına getdi, Seli.. Pul yığdığı qutusunu gizlətdiyi yerdən cıxardıb, butun pulunu yavaşca yerə tokərək saymağa başladı. Əmin olmaq ucun 3 dəfə saydı, qutudan cıxardığı qəpikləri. Sonra hamısını cibinə qoyub, yaxınlıqdakı aptekə getdi.
Aptekdə satıcının diqqətini cəlb etmək ucun səbrlə gozlədi. Satıcı cox məşğul idi və bir kişiyə dərmanlardan necə istifadə etməli olduğunu izah edirdi. Cox məşğul olduğu ucun 8 yaşındakı bir uşaqla maraqlanmağa istəyi olmasa da, Selinin gozlədiyini gorub “Sənə nə lazımdı?” dedi. Və “Bir az cəld ol, gorursən başqa muştəri ilə məşğulam” deyib yanındakı, yaxşı geyimli bir kişini gostərdi.
Seli “Qardaşım” dedi. Udqunub davam etdi: “Qardaşım ağır xəstədi, bir mocuzə almaq istəyirəm”.... Satıcı Seliyə baxıb “Başa duşmədim” dedi.
Seli: “mmm...atam dediki, onu bir mocuzə sağalda bilər...Bir mocuzə necəyədi?”
Satıcı Seliyə sevgi və urəkyanğısı ilə baxıb: “Heyf balaca, biz burda mocuzə satmırıq. Sənə komək edə bilmiyəcəm”.. Seli satıcının gozlərinin icinə baxıb: “Necəyə olsa alacam. Təkcə qiymətini deməyiniz bəsdi. Bunun ucun mənim pulum var”
Bu vaxt, Seli və satıcının yanında gozləyən yaxşı geyimli kişi Selidən soruşdu: “Nə cur mocuzə lazımdı qardaşına?”.....Seli: “Bilmirəm” dedi. Və gozundən suzulən yaşlara fikir vermədən dedi: “Təkcə onu bilirəm ki qardaşım cox xəstədi və anam, əməliyyat olmasa sağalmıyacaq dedi. Ailəmin isə, əməliyyat ucun pulu yoxdu...Ancaq atam dediki, onu təkcə bir mocuzə xilas edə bilər”... Həmin yaxşı geyimli kişi Selidən, nə qədər pulu olduğunu soruşdu..Seli: “ 1 dollar, 11 sent”i olduğunu dedi.. Yaxşı geyimli kişi dedi: “Sənin pulun coxdu! Balaca qardaşını sağaltmaq ucun lazım olan mocuzəni almağa kifayətdi bu pul.”
Kişi, Selinin pulunu əlinə yığdı və digər əli ilə Selinin əlindən tutaraq “Xahiş etsəm, məni yaşadığın evə apara bilərsən?.. Ailəni və balaca qardaşını tanımaq istəyirəm” dedi.
Həmin yaxşı geyimli kişi Dr. Karlton Armstronq idi və Corc ucun lazım olan əməliyyatı bacaran tanınmış cərrah idi.
Əməliyyat uğurlu kecdi və ailə hec bir odəniş etməmişdi, əməliyyat ucun. Butun ailə,xəstəxanadan sevinclə evlərinə qayıdan vaxt, hələdə yaşadıqları son hadisələrin təsirindən cıxmamışdılar.... Ana: “Hələ də inana bilmirəm. Bu əməliyyat bir mocuzə oldu! Maraqlıdı, gorəsən əməliyyatın dəyəri nəcəyə idi”........Seli oz-ozunə gulumsədi. Cunki o, bir mocuzənin necəyə olduğunu bilirdi: 1 dollar 11 sent . =)

1 yorum:

banner

banner
desert operations