20 Ocak 2012 Cuma

Aforizmlər

Dünyada ən yaxşı ləzzət və böyük fərəh özünün başqasına lazım olduğunu hiss etməkdir.

Mənə elə dost lazım deyildir ki, hər şeydə mənimlə razılaşsın, mən başımı əyəndə o da əysin, ona qalsa mənim kölgəm də dostdur.

Heç vaxt dayanmaq bilməyən həyatla bərabər daim irəliyə, irəliyə doğru getmək lazımdır.

Demədiyimi hər vaxt deyə bilərəm, lakin dediyimi dana bilmərəm.

Hamı öz yaddaşından gileylənir, ancaq heç kəs ağıldan şikayətlənmir.

O günü, o saatı bədbəxt say ki, yeni bir şey öyrənməmisən.

Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalanı həyatın işidir.

Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.

Seks axtar

Google araşdırmalar nəticəsində dünyada ən çox hansı ölkədə internet istifadəçilərinin seksə maraq göstərdiyini müəyyən edib. Araşdırmaların nəticəsi isə çox maraqlı olub. Məlum olub ki, internetdə ən çox “seks” sözünü axtarışa verən hansısa Avropa ölkəsi deyil, müsəlman dövləti olan Pakistandır. Pakistanın internet istifadəçiləri artıq yeddinci ildir ki, “seks” sözünü internetdə ən çox axtarışa verdiklərinə görə dünyada liderlik edirlər. Qeyd edək ki, pakistanlı internet istifadəçiləri 2007-ci ildə “heyvanlarla seks” sözünün axtarışı üzrə lider olublar.

Mənbə: yenilik.az

Piramidalar

Nəhəng həcmə və dəqiq mühəndislik incəliklərinə sahib olan Misir piramidalarının necə tikilməsinə aid indiyə qədər çox fərziyyə irəli sürülmüşdür.Bəziləri elə fikirləşir ki minlərlə adam 1-2 tonluq nəhəng daşları uzaq məsafədən daşıyıb tikintini başa vurmuşlar.Amma son zamanlar alimlər o dövrün texnologiyası ilə bunun mümkün olmayacağını düşünməyə başladılar.Və bu əsasda irəli sürülən fərziyyələr artıq fantastik idi.Bəziləri belə güman edirlər ki o dövrdə Qədim Misir çox böyük və inkişaf etmiş bir sivilizasiya olub,hətta bizdən də inkişaf etmiş.Sonralar isə hansısa səbəbdən bu böyük inkişafdan əsər-əlamət qalmayıb,bircə nəhəng piramidalardan başqa...Son zamanlar yayılmış fikir isə yadplanetlilərin buraya gələrək piramidaları inşa etdikləridir.
Belə inanılmaz fikirlər burulğanında Amerika alimi C.Baftis sensasiyalara səbəb olan yeni fərziyyə irəli sürmüşdür.Onun firkrincə də hələ 5000 il əvvəl bir neçə tonluq daşları uzaq məsafədən daşıyıb xeyli hündürüyə qaldırmaq qeyri-mümkün idi.C.Baftis daşları kimyəvi analizdən keçirərkən məlum olmuşdur ki material süni yolla hazırlanıb.Kimyaçının dediyinə görə əvvəlcə xüsusi məhlul hazırlayıb,sonra qəliblərə tökmüşlər.Bu fikri daşların içərisindən tapılmış 21 santimetr uzunluğunda olan saç tükü sübut edir

banner

banner
desert operations