Dünyada ən yaxşı ləzzət və böyük fərəh özünün başqasına lazım olduğunu hiss etməkdir.
Mənə elə dost lazım deyildir ki, hər şeydə mənimlə razılaşsın, mən başımı əyəndə o da əysin, ona qalsa mənim kölgəm də dostdur.
Heç vaxt dayanmaq bilməyən həyatla bərabər daim irəliyə, irəliyə doğru getmək lazımdır.
Demədiyimi hər vaxt deyə bilərəm, lakin dediyimi dana bilmərəm.
Hamı öz yaddaşından gileylənir, ancaq heç kəs ağıldan şikayətlənmir.
O günü, o saatı bədbəxt say ki, yeni bir şey öyrənməmisən.
Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalanı həyatın işidir.
Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.
Hiç yorum yok:
Yorum Gönder