Hindistandakı bankların birində qəribə hadisə baş verib. Qarışqalar banklardan birinin dəmir kassasında olan 10 milyon rupi (222 min dollar) pulu yeyiblər. Yerli polis rəsmisinin sözlərinə görə, Luknov şəhərinin Barabanki qəsəbəsindəki bankın işçiləri kassanı açanda, oradakı pulun həşaratlar tərəfindən yararsız hala salındığını görüb.
Qeyd edək ki, qarışqalar əvəllər də bankdakı mebeli və sənədlərə ziyan vurmuşdular. İndi onların yanvar ayında pul qoyulan kassaya necə girdiyi araşdırılır.
Hiç yorum yok:
Yorum Gönder