17 Nisan 2011 Pazar

serxos

Spirtli içki qəbul etdikdən sonra sərxoşluğu aradan qaldırmaq üçün yatmaq lazım olduğu barədə təsəvvürlərin yanlış olduğu üzə çıxıb. Yaponiya Alkoqolizmlə Mübarizə Mərkəzinin alimlərinin apardıqları araşdırma bu nəticəni ortaya qoyub.
Araşdırma zamanı məlum olub ki, insan yuxuda olan zaman alkoqolun qana sorulması prosesi zəifləyir və sərxoşluq müddəti uzanır. Alimlər araşdırma zamanı 24 nəfər kişi və qadın üzərində sınaq aparıblar. Eksperiment çərçivəsində kişi və qadınlara müəyyən dozada pivə verilib. Onların bir hissəsi yatıb, digərləri isə həmin müddətdə oyaq qalıb.

Məlum olub ki, oyaq qalanlarda yuxudan ayılanlara nisbətən daha az sərxoşluq əlaməti var. Təhqiqat qrupunun rəhbəri, professor Matsumoto Xirosi əvvəllər belə eksperiment aparılmadığından təəccübləndiklərini bildirib: “Yuxu zamanı orqanizmin funksiyaları əhəmiyyətli dərəcədə zəifləyir. Buna görə də yatan zaman insanların sərxoşluğunun sürətlə aradan qalxması barədə təsəvvürlər düzgün ola bilməzdi və apardığımız eksperiment də bunu təsdiqlədi”.

Hiç yorum yok:

Yorum Gönder

banner

banner
desert operations