16 Nisan 2011 Cumartesi

yadplanetliler

ABŞ Federal Təhqiqat Bürosu indiyə kimi çox məxfi sayılan sənədi açıqlayıb.
Bu sənədlər təxminən 60 il əvvəl – 1947-ci ildə Yer kürəsinə yad planetdən gələnlərin endiyini təsdiq edir.

Sənəddə qeyd olunur ki, həmin il Nyu-Meksiko ştatının Rozuell şəhərciyi yaxınlığında yad planetlilərin kosmik gəmisi enib. İddiaya görə, şəhərcik yaxınlığında yad planetlilərin 3 kosmik gəmisi qəzaya uğrayıb. Amma onların həqiqətən də qəzaya uğradığı və ya vurulduğu bildirilmir.

Hadisə yerindən Yer kürəsinə aidiyyatı olmayan xeyli əşya, eləcə də yad planetlilərin özlərinin cəsədi tapılıb. Hakimiyyət orqanları uzun illər bu cəsədləri gizlətməyə və belə bir hadisənin olmadığını iddia etməyə çalışsa da, Rozuell qəzası barədə çoxdan söz-söhbət gəzirdi. Mətbuatda hətta yad planetlilərin cəsədlərinin şəkli də dərc olunub. Amma bəziləri indinin özündə də həmin şəkillərin saxta olduğunu güman edir.

Necə olmasından asılı olmayaraq, artıq qəza faktı dəqiqləşib və amerikalılar cəsədlərin həqiqətən də onların əlində olduğunu etiraf ediblər. Məsələn, FTB-nin Vaşinqton bürosuna rəhbərlik edən agent Qay Hottelin əli ilə yazılan və FTB direktoruna ünvanlanan memorandumda etiraf edilir ki, Nyu-Meksikada üç “uçan naməlum obyekt” tapılıb: “Uçan obyektlər dairəvi formadadır və hər biri 15,5 metrdir. Hər obyektin içində 3 humanoidin cəsədi tapılıb. Onların boyu 90 santimetrdir. Naməlum canlıların bədəni çox nazik materialdan gümüşü metallik qilafla örtülüb”.

Qay Hottel UNO-ların Nyu-Meksikada qurulan son dərəcə güclü radar vasitəsilə tutulduğunu bildirib: “Çox güman ki, radarların dalğası UNO-ların iş mexanizmini pozub”.

Qeyd edək ki, UNO-ların aşkar edilməsi barədə digər mənbələr də var. Məsələn, 1947-ci il iyulun 1-də serjant Frenk Kaufman Rozualldan 160 kilometr qərbdə UNO aşkarlandığı barədə raport verib. Rozuell və Albukerke şəhərlərinin lokasiya stansiyaları da obyekti qeydə alıblar.

Agent Hottel 92 şahidin ifadəsinə baxmayaraq, hakimiyyət orqanlarının faktı gizlətmək niyyəti barədə də yazıb.

Hiç yorum yok:

Yorum Gönder

banner

banner
desert operations