27 Nisan 2010 Salı

ibretamiz meqale


Günahsız gəlirik hamımız dünyaya.Hamı sevinir.Yeni bir həyat səhifəsi açılır bizim üçün.Hamı bu səhifənin gözəl yazılmasını dua edir.Heçnəyi anlamadan,dərk etmədən yaşa doluruq.Bəlkə ömrümüzün həm ən gözəl, həm də ən qorxunc çağına çatırıq.Sevirik...Bəlkə hələ sevginin nə olduğunu anlamırıq ama hamımız bu hissləri qarşılıqlı yaşamağa can atırıq.Bəzilərimiz bu xəstəliyə bir dəfə yoluxur,bəzilərimiz bu xəstəliyin ən güclüsünü tapana qədər çox xəstəliklər görür.Bəzilərimiz üçün bu xəstəlik xoşbəxtliyə,bəzilərimiz üçün sağalmaz yaraya çevrilir.Çox zaman qarşılıqsız sevən insan sevilən insanın xoşbəxt olduğunu düşünür.Bu zaman o, sevilən insanın da qarşılıqsız sevə biləcəyini düşünmür.Bəzən ömrümüzün axırına qədər sevgimizi ürəyimizdə gizli saxlayırıq.Bəzən sevdiyimizdən ayrılmamaq üçün çox şeyi görməməzlikdən gəlirik,bağışlanılmayan səhvləri də bağışlayırıq.Bəzən bir anlıq cəsarət toplayıb onsuz yaşaya biləcəyivə qərar verirsən,ama bu qərar da cəsarət kimi bir anlıq olur.Gecələr ən yaxın dostumuz olur.Ürəyimizi yalnız gecələrə aça bilirik,yalnız gecələr rahat-rahat ağlaya bilirik,çünki bizi heçkim görmür.Ölümdən qorxmuruq.Bəzən ölmək üçün səbirsizlənirik.Ağlımız bizi düz yola çəkmək istəsə də,ürəyimiz buna imkan vermir.Sonumuzu bilmədən yaşıyırıq,buna yaşamaq demək olarsa



Bəzən hər şeyi zamana buraxırıq.Zaman keçir yollarımız ayrılır,zaman keçir unuduluruq,zaman keçir yaşlanırıq, zaman keçir ama o hele de üreyimdədir.Hərdən çox fikirləşirəm,bu cəzalara layiq nə günah işləmişəm? Cavab tapa bilirəm,sevmişəm.Ama sevməyin günah olması ilə heçvaxt razılaşmamışam. Biz bu sonsuz yolu gedərkən zaman bizi gözləmir,o da öz yolu ilə gedir.Bir də onda ayılırsanki,yaşlanmısan,hər şey üçün çox gecdi.Son günlərin yaxınlaşdığını hiss edirsən.Bir vaxt səbirsizliklə gözlədiyin ölüm indi səni çox qorxudur.Və bir neçə saniyədən ibarət olan o an yetişir.Sanki o saniyələr zamanı bu vaxta kimi yaşadığın həyatı bir də yaşayırsan,ama bu dəfə çox sürətlə.


Başqalarının xətalarından dərs alın,hərdən yaşayıb öyrənəcək qədər zamanımız olmur.Bəzən həyat arzularımıza çatmağa kifayət etmir.İkinci dəfə dünyaya gəlsəm bu fikirlə yaşardım.Ağıllı olub dünyanın dərdini çəkməkdənsə,dəli olum qoy dünya mənim dərdimi çəksin

Hiç yorum yok:

Yorum Gönder

banner

banner
desert operations