2 Temmuz 2010 Cuma

qarabag qelebe qazandi

qarabag qelebe qazandiAvropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyun)

21:00. “QARABAĞ” (AZƏRBAYCAN) – “Metallurq” (Makedoniya) - 4:1

QOLLAR: Rəşad Sadıqov, 25-pen. (1:0). Əfran İsmayılov, 45 (2:0). Emin İmaməliyev, 84 (3:0). Georgi Adamiya, 90+2 (4:0). M.Simonovski, 90+4 (4:1)
QIRMIZI VƏRƏQƏ: Admir Teli, 51.
Hakimlər: İŞTVAN KOVAÇ, Mikloş İştvan Naqi, Radu Adrian Stefan Qinquleak, Ovidiu Alin Hateqan (hamısı Rumıniya).
Hakim-inspektor: Rocer Qifford (Uels).
UEFA nümayəndəsi: Patrik Uattebled (Fransa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

QARABAĞ: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 8. Aslan Kərimov (k) (7. Namiq Yusifov, 66), 22. Əfran İsmayılov, 14. Rəşad Sadıqov, 24. Admir Teli, 25. Ansi Aqolli, 9. Elvin Məmmədov (13. Samir Abbasov, 54), 6. Rəşad Sadiqov, 11. Rauf Əliyev, 77. Georgi Adamiya.

METALLURQ: 1. Yordan Georgievski, 4. Ertan Demiri, 5. İqor Kralevski, 6. Milan İlievski (3. Qoran Boqdanoviç, 64), 9. Yovan Kostovski, 10. Milan Dyuriç, 18. Bojan Mihayloviç (8. Marko Kostanovski, 70), 20. Mile Kristev, 21. Mile Petkovski (15. Marko Simonevski, 77), 24. Aleksandr Tenekedziyev, 28. Miroslav Vays (k).

Artıq hər iki komanda meydanda oyun qabağı son məşqini edir.

Oyun başladı

3. Makedoniyalıların künc zərbəsindən sonrakı zərbəsi birbaşaqapıya getsə də, son anda Elvin topu qapı xəttindən çıxardı.

Oyun qarşılıqlı hücumlarla keçsə də, qapılar qarşısında real təhlükə yaranmır

15. Adamiyanın uzaqdan zərbəsi qapıdan yan keçir

17. Aslan hesabı açmağa yaxın olsa da, onun qüvvətli zərəbəsini qapıçı son anda qaytarmağı bacardı

20. Elvinin təhlükəli zərbəsini qapıçı son anda kornerə çıxardı

22. Qonaqların əks-hücumu zamanı Dyuriçin zərbəsi qapıdan azca yan keçdi.

24. Adamiya cərimə meydançasına daxil olarkən rəqib müdafiəçi onu yıxdı. Hakim penalti təyin etdi.

25. Rəşad Sadıqov və qooooooooooooollll - 1:0

32. Admir Teli sarı vərəqə alır

34. Adamiya rəqibi gözəl əks-hücumda yaxalasa da, son anda topu itirdi

36. Vaysın künc zrəbəsindən sonra yaxın məsafədən başla dəqiqə zərbəsini Vəliyev tutur

"Qarabağ" hücum edən tərəf olsa da, arabir qonaqlar da əks-hücumlar təşkil edir. Amma hücumların heç biri kəsərli alınmır

45. Qoooooooooooooooool. Əfran gözəl qola imza atır - 2:0

Əfran Sadıqovun ötürməsindən sonra qapıçın irəli çıxmasından istifadə edərək, topu onunbazı üzərindən tora göndərir

Birinci hissə başa çatdı

İkinci hissə başladı

51. Teli növbəti kobudluğa görə birbaşa qırmızı vərəqə ilə cəzalanır

53. Fərhad Kostovskinin yüsfaizli qol imkanından yararlanmasına icazə vermir

54. Elvin Məmmədovu Samir Abbasov əvəzlədi

Komandamız azlıqda qalandan sonra artıq ehtiyatlı oynamağa başlayıb və əks-hücumlara bel bağlayır. Qonaqlar isə səfər qoluna imza atmağa çalışır.

64-cü dəqiqə. Rəqibin heyətində ilk əvəzləmə hücum yox, müdafiə xətti ilə bağlı olur. İliyevskinin yerinə meydana Qoran Boqdanoviç daxil olur.

66. Aslanın əvəzində Namiq Yusifov meydana daxil olur

68. Fərhad komandamızı real qoldan xilas edir. O, üz-üzə qaldığı Kostovskinin zərbəsini qaytarır. Təkrar zərbəyə isə Rəşad Sadıqov imkan vermir.

70-ci dəqiqə. Makedoniyalılar ikinci əvəzləməsi reallaşır. Yarımmüdafiəçi Marko Kostanovski həmkarı Boyan Mihayloviçin yerinə meydana daxil olur.

75. Rəşad Sadiqova sarı vərəqə göstərilir

76. Fərhad növbəti dəfə komandamızı real qoldan xilas edir. O, rəqibin cərimə zəərbəsindən fərqlənməsinə imkan vermir.

76. Əfran İsmayılovu Emin İmaməliyev əvəzləyir

77. Marko Simonevski Petrovskinin əvəzində meydana daxil oldu

82. Adamiya da sarı vərəqə ilə cəzalandırıldı

84. Qoooooooollll. Emin İmaməliyev uzaqdan zərbəylə möhtəşəm qola imza atır - 3:0.

90. Ertan Demiri sarı vərəqə alır

4 dəqiqə əlavə vaxt təyin edilir

90+2. Qoooooooooooooll..Adamiya Eminin ötürməsindən sonra daha bir qol vurur - 4:0.

90+3. Simonovski hesab arasındakı fərqi azaldır - 4:1.

Matç başa çatdı





Hiç yorum yok:

Yorum Gönder

banner

banner
desert operations