4 Temmuz 2010 Pazar

Ronaldo ata oldu


Ronaldo ata oldu, uşağının anasının kim olduğunu gizli saxladı.
Portuqaliya yığmasının və İspaniya “Real”ının ulduz futbolçusu Kriştiano Ronaldo ata olub. Qol.Az-ın məlumatına görə, bu haqda dünyanın ən bahalı oyunçusu özü məlumat verib. Lakin o, uşağın anasının kimliyi barədə heç bir açıqlama vermək istəməyib.
Ronaldonun dünən gecə verdiyi həmin açıqlama ilə sizi də tanış edirik: “Bir uşağın atası olmaq həqiqətən inanılmaz bir duyğu. Uşağın anasıyla əldə etdiyimiz razılaşmaya görə, övladımız kimdə qalır-qalsın, mənim nəzarətim altında böyüyəcək. Ancaq uşağın anası adının açıqlanmasını istəmir. Buna görə də əlavə məlumat verməyəcəm. Hər kəsdən həm mənim, həm övladımın, həm də uşağın anasının mövqeyinə hörmətlə yanaşmasını istəyirəm”.

menbe:qol.az

Hiç yorum yok:

Yorum Gönder

banner

banner
desert operations