Bir çoxumuz yeməkdə tərəddüd edirik, kilo almaqdan qorxuruq, xəstələnəcəyimizi düşünürük. Amma bir çox diyetoloqlara görə dondurma şirniyyatlardan daha yüngüldür. Bununla yanaşı qida dəyəri daha üstündü. Hər şeydən əvvəl kalsiyum ehtiyatı yüksəkdir. Tərkibindəki südün bütün qidalandırıcılığı onda da var; fosfor, sink, maqnezium kimi minerallar, A, B2, B12 və E vitamini. Həyatda heç bir qida təkbaşına kilo aldırmır, itirdiyiniz enerjidən daha çox alırsınızsa, bu kilo aldırır deməkdir. Dondurmanı şirniyyatlarla və s qidalarla əvəz edərik. Müqayisə etsək görərik ki, qida dəyəri daha keyfiyyətli və kalorisi isə daha azdır. Dondurma uşaqların ən sevdiyi qidalardan biridir. Xüsusilə süd içməyən, pendir yeməyən və s. qidalardan istifadə etməyən uşaqlar üçün yaxşı alternativ olar.
Əslində təkcə yayda yox, bütün mövsümlərdə rahat yeyilə biləcək qidadır. Bilinənin əksinə olaraq xəstəliyə səbəb olmur, yəni insanda soyuqdəymə, boğaz ağrısı və ya qripə tutulmaya yol açmır. Yalnız astma, alergik ritin və s. kimi xroniki xəstəliyi olan uşaqlarda qızdırma və boğaz infeksiyasına yol aça bilər. Badamcıq əməliyyatından sonra uşağa verilən ilk qidadır. Sadəcə güvənilir yerdən alınmasına diqqət etmək lazımdır. Əks təqdirdə qida zəhərlənməsinə səbəb ola bilər.
Ən başda südün alındığı şərait; sağılma forması, sağanın sağlam olması və istifadə edilən qabların təmiz olması və ya böyük fimalarda istifadə edilən alətlərin təmizliyi hər hansı bir infeksiyanın qarşısını almaq üçün önəmlidi. Süd bişirildikdən sonra saxlama şəraiti və istilik uyğun deyilsə, xarab olma riski yüksək bir qidadır. Bu səbəbdən pis şəraitdə istehsal olunan dondurma qida zəhərlənməsinə yol açar. Pasterizə edilmiş süddən hazırlanan dondurmadan salmonella yoluxması ortadan qalxar. Bir də qatqı maddələrinin və qida boyalarının sağlıqlı şəraitdə əlavə olunduğundan əmin olunmalıdır. Sağlamlığı riskə atan şəraitdə olmamalıdır. Hər yaş qrupu üçün gündəlik kalsuim ehtiyacı 800-1200 mg, böyümə-inkişaf dövründəki uşaqlarda, menapoz dövründəki qadınlarda və yaşlılarda isə daha çoxdur. Təxminən 100 gr sadə dondurma yenildiyində 1 stəkan süddəki qədər kalsium ehtiyacı ödənir. Ancaq dondurmanın şəkər tərkibi daha yüksəkdir. Şokolad parçaları olanları daha kalorilidir.
Bir də üzərinə əlavə edilən müxtəlif sous, fındıq və ya fısdıq kaloriyə bir az da qatqı sağlayır. Əgər kilo problemi varsa, daha çox sadə və meyvəli dondurmalar seçilməli və soslardan uzaq durmaq lazımdı. Yalnız yeyiləcəyi vaxt da çox önəmlidi; yeməkdən əvvəl yenildiyində uşaqlarda iştahı öldürür. Gec saatlarda yenildiyində və əgər bu vaxtda daha çox hərəkətsiz qalırıqsa aldığımız enerjini verə bilmirik və beləliklə kilo alırıq. Şəkər tərkibli dondurmalar yenildikdən sonra dişlərin yaxşı firçalanmaması diş çürüməsinə səbəb olur. Kilo probleminiz yoxdursa, istədiyinizdə yeyə bilərsiniz. Amma əgər artıq çəkilisinizsə, həftədə ən çox 2 dəfə yeyilməlidir. Günün hərəkətli olduğumuz saatlarında yay aylarının sərin dadı ola bilər.
Hiç yorum yok:
Yorum Gönder