23 Mart 2010 Salı

bulent korkmaz

ürkiyəli mütəxəssisə klub adından xatirə hədiyyəsi təqdim edilib

Zeynal Məmmədov: "Çempionluğu və kuboku qazanmaq istəyirik"

Fanat: Bu gün "Bakı"nın bazasında baş məşqçi postundan istefa verən türkiyəli çalışdırıcı Bülent Qorxmazla vida mərasimi keçirilib.
Fanat.az-ın verdiyi xəbərə görə, komandanın bazasında öncə futbolçular və məşqçi heyəti ilə görüşən Qorxmaz istefa verdiyini bildirərək, klub və ölkəmiz haqqında xatirələrini, təəssüratlarını bölüşüb.
Daha sonra türkiyəli şalışdırıcı klubun rəhbərliyi- vitse prezident Tunc Avşar, baş menecer Zeynal Məmmədov və icraçı direktor Yaşar Seyidovla görüşüb.
Görüşdə tərəflər bir-birinə uğur arzulayaraq, xoş sözlər bildiriblər. Türkiyəli mütəxəssisə klub adından xatirə hədiyyəsi təqdim edilib.

Bundan əlavə, klub rəhbərliyi qərara alıb ki, mövsümün sonuna qədər komandaya yeni baş məşqçi gətirilməsin və komandanı oyunlara 3 nəfərdən ibarət məşqçilər korpusu çıxarsın. Bunlar Məqsəd Yaqubəliyev, Ərcan Kılıç və qapıçılarla çalışan Aydın Salatandır.

Daha sonra futbolçularla görüşən klub rəhbərliyi "Bakı"nın qarşısında duran hədəflərin dəyişmədiyini bildirib.

Hiç yorum yok:

Yorum Gönder

banner

banner
desert operations