23 Mart 2010 Salı

Qarabag yene uduzdu

Premyer Liqanın 24-cü turuna dünən keçirilən 3 oyunla yekun vurulub.
Fanat.az-ın verdiyi xəbərə görə, turun mərkəzi görüşü “Şəfa” stadionunda keçirilib. "İnter" "Xəzər Lənkəran"ı qəbul edib. Hesabı oyunun 4-cü dəqiqəsində "İnter" Petar Zlatinovun zərbəsiylə açdı. Hesab qarşılaşmanın sonuna qədər dəyişmədi: 1-0.
Bakıxanov statidonundakı qarşılaşmada da minimal hesab qeydə alınıb. Adrian Nyaqa Rəşad Abdullayevin ötürməsindən sonra mövsümdə 11-ci qolunu vuraraq, "Neftçi"nin son çempion "Bakı" üzərində qləbəsini təmin edib: 1:0.
Qəbələdə isə yerli komanda Qarabağı qəbul edib. Qarşılaşmanın birinci hissəsində yalnız bir qol qeydə alınıb və qonaqlar qeydə alınıb. Belə ki, 43-cü dəqiqədə Aslan Kərimovun ötürməsindən sonra Georgi Adamiya komandasının heyətində ilk qola imza atıb. İkinci hissədə isə "Qəbələ" meydan sahibi olduğunu ard-arda vurduğu 3 qolla sübuta yetirib.
49-cu dəqiqədə Anatoli Ostap, 73-cü və 84-cü dəqiqədə isə İqor Melnik fərqlənib.

21 mart

İnter - XL 1:0
Neftçi - Bakı 1:0
Qəbələ - Qarabağ 3:1

20 mart

Simurq - Olimpik-Şüvəlan 0:3
Standard - Turan 2:3
Karvan - Muğan 0:0

Hiç yorum yok:

Yorum Gönder

banner

banner
desert operations