25 Nisan 2010 Pazar

yaddasi guclendirmeyin yollari

___


Yaddaşın zəifləməsi günümüzdə çox yayılmış problemlərdəndir. Gərgin iş qrafiki, informasiya çoxluğu, gecə həyatı, düzgün balanslaşdırılmamış qidalanma beynin fəaliyyətinə də öz təsirini göstərir.

Yaşlılarda yaddaşın pozulması çox zaman bir sıra xəstəliklərin (beyin damarlarının aterosklerozu, qocalıq ağıl zəifliyi, Alsqeymer xəstəliyi və s.) nəticəsi olur. Müalicə də bu yönümdə aparılmalıdır.

Cavan şəxslərdə isə yaddaş pozğunluğu yorğunluğun, qeyri-düzgün həyat tərzinin, həddən artıq informasiya yüklənməsinin nəticəsidir. Bundan başqa bir şeyi yadda saxlayarkən onu düzgün, nə iləsə əlaqələndirib(assosiativ) yadda saxlamaq lazımdır. Həddən artıq əzbərçilik düzgün deyil.

Bəs yaddaşı necə yaxşılaşdırmalı?


Öncəliklə rejimə riayət etmək, vaxtlı-vaxtında yatıb durmaq, zehni işlə fiziki işi növbələşdirmək, vaxtlı-vaxtında istirahət etmək lazımdır.

Qidalanarkən tərkibində aminturşular(zülallar), Fosfor, Kalsium, A, E, B qrup vitaminlər olan qidalara çox yer verilməlidir. Bunlara misal olaraq Balıq əti, balıq yağı, kürü, lobya, qarğıdalı, banan, kişmiş, qaysı, qoz, günəbaxan, süd və süd məhsulları, yumurta, kakao və s. göstərmək olar.

Səhər və axşamlar bal şərbəti və ya şirinçay içmək beynin qlükozaya olan tələbatını ödəməklə yaddaşı yaxşılaşdırır.

İdman etmək, xüsusilə də onurğa sütununun idmanları beyin qan dövranını gücləndirir və yaddaşı yaxşılaşdırır. Bundan başqa beyin qan dövranını yaxşılaşdıran dərman maddələri – sinnarizin, nootropil, qlisin və s. mövcuddur.

1 yorum:

banner

banner
desert operations